Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının üçüncü turu çərçivəsində keçirilən “Qarabağ” - “Atletik” matçında mübahisəli epizod qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, qarşılaşmanın 73-cü dəqiqəsində “Atletik Bilbao”nun müdafiəçisi Yuri Berçiçe cərimə meydançasında “Qarabağ”ın legioneri Mateus Silvaya qarşı kobud oynayıb.
Lakin Xorvatiyadan olan hakim İqor Payaç penalti təyin etməyib.
“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov həmin epizodu matçın qırılma nöqtəsi kimi dəyərləndirib:
“Bəzi epizodlar var ki, orada daha soyuqqanlı və dəqiq olmaq lazım idi. Bəlkə də, penalti epizodu matçın qırılma nöqtəsi ola bilərdi.
Bəziləri dedi, var, bəziləri yox. Düzdür, mən özüm görməmişəm. Bəlkə də, bu gün məğlubiyyətə daha çox layiq idik”.
Həmin kadrları bir daha təqdim edirik: