AZ

Qvardiola Halandın sağlamlığı barədə məlumatsızdır

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 29 oktyabrda “Swansea.com” stadionunda keçiriləcək Liqa Kubokunun 1/8 final mərhələsinin “Suonsi Siti” ilə oyunundan əvvəl komandasının hücumçusu Erlinq Halandın fiziki hazırlığından bəhs edib.

İdman.Biz-in xəbərinə görə, Qvardiola klubun rəsmi saytına deyib ki, hələ Halandla görüşməyib və onun məşqə hazır olub-olmadığını bilmir.

“Mən hələ Erlinq Halandla görüşməmişəm. Amma bu, zədə idi və o, hər gün daha da yaxşılaşır. Məşq edəndə görəcəyik ki, o, özünü necə hiss edir” – Baş məşqçi deyib.

Haland bu mövsüm klubun heyətində bütün yarışlarda 12 oyunda iştirak edib, 15 qol vurub və 1 məhsuldar ötürmə edib.

Hazırda Liqa Kubokunun sahibi ötən ilki finalda “Liverpul”u 2-1 hesabı ilə məğlub edən “Nyukasl Yunayted”dir.

İdman.Biz

Seçilən
41
1
idman.biz

2Mənbələr