AZ

Keçmiş UFC çempionu Aspinallı lağa qoyub - FOTO

38 yaşlı keçmiş UFC çempionu, amerikalı Con Cons, “UFC 321”də fransız Siril Qanla döyüşünün ilk raundunda gözünə barmaq girməsinə görə döyüşü dayandıran ingilis Tom Aspinallı ələ salıb.

İdman.Biz bildirir ki, Aspinall zədə səbəbindən döyüşü davam etdirməkdən imtina edib.

Cons isə öz növbəsində Aspinallın imtinasını lağa qoyub. Son bir ildə Aspinall Consu fəal şəkildə tənqid edərək onu ördək adlandırırdı və onunla döyüşdən yayınmaqda günahlandırdı (ingilis dilində “duck” sözü təkcə ördək deyil, həm də yayınmaq deməkdir - red.).

Cons isə sosial media səhifəsindəki profil şəklini təkgözlü ördəklə dəyişdirərək Aspinallın Qanla döyüşdən yayınmaq qərarına işarə edib.

İdman.Biz

Seçilən
104
1
idman.biz

2Mənbələr