AZ

Rusiya və Yaponiya birbaşa aviareyslərin bərpasını müzakirə edir

BAKI, 29 oktyabr. TELEQRAF

Rusiya və Yaponiya birbaşa aviareyslərin bərpası istiqamətində danışıqlar aparır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “İzvestiya” qəzetinə müsahibəsində məlumat verib.

Rudenko bildirib ki, birbaşa uçuşların dayandırılması Tokionun qərarı olub və Moskva bu addımı məhdudlaşdırmayıb

“Biz Yapon şirkətlərinə uçuşları qadağan etməmişik. Bu, Tokionun qərarı idi. Onlar hazır olduqları anda buyursunlar, biz etiraz etmirik”, - diplomat qeyd edib.

Rusiya ilə Yaponiya arasında birbaşa reyslər təxminən 55 il fəaliyyət göstərib, lakin 2022-ci ilin martında Yaponiya tərəfindən dayandırılıb. Ekspertlər hazırkı şəraitdə aviareyslərin bərpasını sanksiya təzyiqi səbəbindən az ehtimal olunan addım hesab edirlər.

Seçilən
88
teleqraf.com

1Mənbələr