AZ

Almaniya Kuboku: “Dortmund” və “Leypsiq” növbəti mərhələdə

Almaniya Kubokunda 1/16 final mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

“Borussiya Dortmund” səfərdə “Ayntraxt”la üz-üzə gəlib. Matçın əsas hissəsi 1:1 hesabı ilə başa çatıb və qalib penaltilər seriyasında müəyyənləşib. Bu mərhələdə daha dəqiq oynayan qonaqlar rəqibini 4:2 hesabı ilə məğlub ediblər.

Mərhələnin digər qarşılaşmasında isə “Volfsburq” öz meydanında “Holşteyn Kil”ə 0:1 hesabı ilə uduzaraq kubokda mübarizəni dayandırıb.

Almaniya Kuboku

1/16 final

21:30. "Volfsburq" - "Holşteyn Kiel" - 0:1

21:30. "Haydenhaym" - "Hamburq" - 0:1

21:30. "Ayntraxt" - "Dortmund" - 1:1 (Pen. 2:4)

21:30. "Herta" - "Elversberq" - 3:0

23:45. "Sent Pauli" - "Hoffemhaym" - 1:1

23:45. "Borussiya M." - "Karlsrue" - 3:1

23:45. "Auqsburq" - "Boxum" - 0:1

23:45. "Kotbus" - "Leypsiq" - 1:4

Super Liqa: “Fənər”dən darmadağın

A Seriyası: “Latsio”dan minimalhesablı qələbə

Bundesliqa: VIII tura yekun vurulub

“Beşiktaş” “Kasımpaşa” ilə bacarmadı

“Arsenal”dan qələbə, “Mançester Siti” səfərdə uduzdu

Seçilən
123
1
apasport.az

2Mənbələr