AZ

ABŞ Azərbaycan və Ermənistanla ilk İşçi qrupları yaradacaq

ABŞ hökuməti ilin sonunadək Azərbaycan və Ermənistanla ilk İşçi qruplarının yaradılmasını planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Report"a ABŞ bürosuna Birləşmiş Ştatların Dövlət Departamentinin Mətbuat xidmətindən məlumat verilib.

Qurumun məlumatında qeyd olunur ki, ABŞ hökuməti əldə olunmuş razılaşmalar əsasında Azərbaycan və Ermənistanla əməkdaşlığı dərinləşdirməyə davam edir və bu ilin sonunadək hər iki hökumətlə ilkin işçi qruplarının yaradılmasını təmin edəcək: "Amerika Birləşmiş Ştatları 8 avqustda Vaşinqtonda imzalanmış tarixi birgə bəyannamə və Anlaşma Memorandumlarının icrasına sadiqdir və ilin sonunadək hər iki hökumətlə ilkin işçi qruplarının yaradılmasını təmin edəcək".

Seçilən
397
50
publika.az

10Mənbələr