AZ

Türkiyədə Roma imperatorunun məktubları tapıldı

Türkiyənin Yarışlı kəndində yaşayış evinin altında arxeoloqlar Roma imperatoru Karakallanın hakimiyyəti dövrünə aid üzərində yazılar olan 10 daş lövhə aşkar ediblər.

Publika.az xəbər verir ki, bu artefaktlar təxminən 18 əsr torpağın altında qalıb.

Antik dövrə aid bu unikal abidə Türkiyənin cənub-qərbindəki sadə bir tikilidə təsadüfən tapılıb. Keçən əsrdə inşa edilmiş evin sahibləri, qədim Takina şəhərinin xarabalıqlarından götürülmüş daş bloklardan istifadə edərək, onların tarixi dəyərindən xəbərsiz olublar.

1970-ci ildə tədqiqatçılar bu daşlar üzərində latınca yazılmış III əsrə aid imperator məktubunun fraqmentlərini müəyyən ediblər. Burdur Muzeyi tapıntını qoruma altına alıb və relikviyaların köçürülməsini qadağan edib.

Seçilən
92
publika.az

1Mənbələr