AZ

Keniyada təyyarə qəzaya uğradı - 11 nəfər öldü

BAKI, 29 oktyabr. TELEQRAF

Keniyada kiçik bir təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 11 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Bildirilir ki, təyyarədə bir keniyalı pilot, 8 Macarıstan vətəndaşı və 2 Alman turist olub. Təyyarə Masai Mara milli parkına uçarkən Diani şəhərindən 40 km məsafədə, təpəli və meşəli ərazidə qəzaya uğrayıb.

Məlumata görə, qəza zamanı güclü yağış yağırdı və şahidlər güclü partlayış səsləri eşidiblər. Hadisə yerində operativ xidmət əməkdaşları çalışır.

Mombasa Air Safari şirkəti qəzada həlak olanların yaxınlarına başsağlığı verib və istintaqla tam əməkdaşlıq etdiklərini bildirib.

Seçilən
92
teleqraf.com

1Mənbələr