BAKI, 29 oktyabr. TELEQRAF
Türkiyə İsraili Qəzza zolağında atəşkəs rejiminə riayət etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, İsrailin Qəzzaya hücumları atəşkəsin açıq şəkildə pozulmasıdır.
“Qəzza zolağında İsrailin həyata keçirdiyi hücumlar atəşkəs rejiminin pozulmasıdır. Dinc sakinlərin həlak olması ilə bağlı xəbərlər bizi ciddi narahat edir. Atəşkəsin tam şəkildə qorunması bölgədə davamlı sülh və təhlükəsizlik ümidini saxlamaq üçün həyati əhəmiyyət daşıyır. İsraili sülh və sabitliyi sarsıdan addımlardan çəkinməyə çağırırıq”, - nazirlik qeyd edir.
Bəyanatda həmçinin vurğulanıb ki, Türkiyə Fələstin xalqı ilə həmrəyliyini davam etdirəcək və ədalətli, davamlı və hərtərəfli sülhün təmin olunması üçün səyləri dəstəkləyəcək.