AZ

Marvel in 70 yaşındakı ulduzunun səkkizinci övladı dünyaya gəldi

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Marvel" kinostudiyasının ulduzu, aktyor Kelsi Qremmer 70 yaşında səkkizinci dəfə ata olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

Qeyd olunub ki, sənətçinin dördüncü həyat yoldaşı bu yaxınlarda Kristofer adlı oğlan uşağı dünyaya gətirib. Bu, cütlük üçün dördüncü, Kelsinin özü üçün isə səkkizinci övladdır.

"İndicə dördüncü uşağımız doğuldu və o, səkkizinci övladım oldu! Kristofer ailəmizə qoşuldu", - deyə aktyor bildirib.

Xatırladaq ki, cütlüyün Feyf adlı qızı, Kelsi Qabriel və Oden Ceyms adlı oğlanları var. Qremmerin ilk övladı - Spenser adlı qızı 1983-cü ildə dünyaya gəlib, indi onun 42 yaşı var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
oxu.az

1Mənbələr