AZ

Kosmik zibil hər an Yer kürəsinin istənilən nöqtəsinə düşə bilər

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Cənubi Afrikadan olan tədqiqatçılar peyk qalıqlarının və kosmik tullantıların (zibilin) düşmə istiqamətini müəyyən etmək üçün yeni model hazırlayıblar və bu model mümkün risklər barədə daha dəqiq təsəvvür yaranmasına imkan verir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Space Exploration" jurnalında dərc olunmuş elmi məqalədə məlumat verilir.

Məlumata görə, mövcud metodlardan fərqli olaraq, yeni sistem küləyin təsiri və qravitasiya dalğalanmaları kimi əlavə amilləri də nəzərə alır ki, bu da obyektlərin aşağı orbitlərdən düşməsinin daha real qiymətləndirilməsinə imkan verir.

Yeni hesablamalara görə, trayektoriyada, hətta kiçik dəyişikliklər belə baş verərsə, bir sıra nəhəng elementlər gözlənilmədən orbitdən qopa bilər.

"Geniş ədədi modelləşdirmədən istifadə edərək biz göstərdik ki, atmosferə giriş bucağındakı kiçik dəyişikliklər kosmik zibil obyektlərinin yenidən birbaşa səthə qayıtması və atmosferə nüfuz etməsi də daxil olmaqla, radikal fərqli nəticələrə gətirib çıxara bilər. Bir neçə yüksək sürətli trayektoriya 10 dəqiqədən az müddətdə səthlə toqquşmaya səbəb olur ki, bu da kritik dərəcədə əhəmiyyət kəsb edir", - deyə məqalədə qeyd olunub.

Müəlliflər vurğulayıblar ki, cəmi 1 kq ağırlığında olan obyektin orbitdən düşməsi güc baxımından 12 kq trotilə bərabər olan aviasiya raketinin partlaması ilə müqayisə edilə bilər. Hazırda Yer kürəsi ətrafında 6 000 tondan çox kosmik tullantı mövcuddur, 2030-cu ilə qədər isə süni peyklərin sayının daha 60 000 ədəd artacağı proqnozlaşdırılır ki, bu da çirklənmə problemini daha da dərinləşdirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
oxu.az

2Mənbələr