AZ

Kventin Tarantino böyük ekrana qayıdır

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kventin Tarantino təxminən 30 illik fasilədən sonra böyük ekrana qayıdacaq.

Oxu.Az "Deadline"a istinadən xəbər verir ki, o, "Only What We Carry" filminin aktyor heyətinə qoşulub.

Qeyd edək ki, Tarantino bir qayda olaraq öz filmlərində hər zaman epizodik rolları canlandırıb. Lakin rejissor uzun müddətdir ki, baş və ya ikinci dərəcəli rollarda görünmür.

Yeni filmdə hadisələr Culian Cons ətrafında cərəyan edir. O, keçmişinin xəyalları ilə üzləşməli olur. Culianın köhnə dostu Con Persin (Kventin Tarantino) gözlənilməz səfəri çoxdan gizlədilmiş sirləri ortaya çıxarır.

Filmin rejissoru Ceymi Adamsdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
oxu.az

1Mənbələr