ain.az, Axar.az portalına istinadən məlumat yayır.
Braziliyanın Rio-de-Janeyro şəhərində hüquq-mühafizə orqanları yerli narkoqrupların üzvlərini tutmaq üçün başlatdığı "Containment" əməliyyatı zamanı artıq 56 cinayətkarı zərərsizləşdirib.
Axar.az-ın G1 xəbər agentliyinə istinadən məlumatına görə, 80-dən çox insan saxlanılıb.
Əməliyyatda dörd polis əməkdaşının öldüyü təsdiqlənib.
Nəşr əlavə edib ki, "Containment" əməliyyatı itki sayına görə Braziliya tarixində ən böyük əməliyyata çevrilib.
Bundan öncə əməliyyata 2500-dən çox polis əməkdaşının səfərbər edildiyi bildirilirdi.
Əməliyyat hazırda davam edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.