AZ

Kallasdan Tramp açıqlaması: Hər şey gözlənilməz olur

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən sonra Vaşinqtonun beynəlxalq siyasətdəki mövqeyi gözlənilməz olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Britaniyanın “The Economist” jurnalına müsahibəsində bildirib.

O vurğulayıb ki, ABŞ Aİ üçün ən böyük müttəfiqdir və Brüssel nümayəndələri ilə Vaşinqton arasında gündəlik əməkdaşlıq intensiv şəkildə davam edir.

“Əlbəttə, biz hər şeylə razılaşmırıq. Lakin əvvəlki proqnozlaşdırma qabiliyyətimiz artıq yoxdur və buna öyrəşməliyik”, — deyə Kallas əlavə edib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
globalinfo.az

1Mənbələr