AZ

Tramp: “Kim Çen Inlə yaxın gələcəkdə görüşümüz ola bilər”

BAKI, 29 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inlə gələcəkdə müəyyən mərhələdə görüşəcəyinə əmindir.

Teleqraf xəbər verir ki, bu barədə Tramp Yaponiyadan Cənubi Koreyaya səfəri zamanı təyyarədə jurnalistlərlə söhbətində danışıb.

“Bildiyiniz kimi, bizim çox sıx qrafikimiz var. Yaxın gələcəkdə KXDR lideri ilə görüşümüz baş tutacaq”, - o bildirib.

Amerika lideri həmçinin Şimali Koreya ilə münasibətlərə diqqət ayırmaq istədiyini, lakin hazırda əsas diqqətini Çinə yönəltmək niyyətində olduğunu vurğulayıb.

“Kim Çen Inlə görüşmək və münasibətlərimizlə məşğul olmaq istərdim, amma indi diqqətimiz əsasən Çinə yönəlib. Mən bu məsələyə fokuslanmaq istəyirəm”, - Tramp qeyd edib.

Seçilən
17
teleqraf.com

1Mənbələr