AZ

Çində blogerlerə sərt qadağalar tətbiq olundu

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Çində sosial media blogerlərinə tibbi, hüquqi, təhsil və maliyyə kimi mövzuları yalnız bu sahələrdə müvafiq təhsilləri olduqları halda müzakirə etməyə icazə verilib.

Axşam.az xəbər verir ki, qaydalar 25 oktyabrdan qüvvəyə minib. Yeni qanuna əsasən, blogerlər və kontent yaradıcıları paylaşım etməzdən əvvəl öz ixtisaslarını təsdiqləyən sənədləri - elmi dərəcə, peşə lisenziyası və ya sertifikat təqdim etməlidirlər. Çin Kiber Məkan Administrasiyasının (CAC) açıqlamasında bildirilir ki, bu qərar yanlış və çaşdırıcı məlumatların yayılmasının qarşısını almağa, eləcə də ictimaiyyəti dezinformasiyadan qorumağa yönəlib.

Artıq "Douyin" (Çinin TikTok analoqu), "Bilibili" və "Weibo" kimi sosial media platformaları kontent müəlliflərinin sənədlərini yoxlamaq məsuliyyətini daşıyacaq. Platformalar həmçinin nəşr olunan məlumatların etibarlı mənbələrə əsaslanmasına və ya müəlliflərin məlumatın düzgünlüyünə görə məsuliyyətdən imtina etməsinə nəzarət edəcəklər.

Bundan başqa, blogerlər paylaşdıqları məlumatın elmi araşdırmalardan əldə olunduğunu və ya süni intellekt tərəfindən yaradıldığını da qeyd etməyə borcludurlar.

Həmçinin yeni qaydalara əsasən, sosial şəbəkə istifadəçilərinə tibbi preparatlar, bioloji əlavələr və sağlam qidalanma məhsullarının reklamını paylaşmaq da qadağan edilib. Bu addımın məqsədi tədris xarakterli kontent adı altında gizli reklamların qarşısını almaqdır.

Rəsmilər bu qərarın ictimai etimadı gücləndirəcəyini və məlumatların dəqiqliyini təmin edəcəyini bildirsələr də, tənqidçilər yeni qaydaları rəqəmsal senzuranın daha bir forması kimi dəyərləndirirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
axsam.az

1Mənbələr