AZ

Enerjidoldurma məntəqələrinin sayı artırılırsa, təbii ki, elektrik mühərrikli avtobusların sayı da artırılacaq

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“BakuBus” 1 milyonluq dolum stansiyaları alır. “BakuBus” MMC “Electrify Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb. Müqavilənin ümumi məbləği isə 1.193.451 AZN təşkil edir. Banker.az xəbər verir ki, müqavilədə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin elektrik enerjisi ilə işləyən avtobusları (BYD) üçün elektrik dolum stansiyalarının satın alınması nəzərdə tutulur.Elektrik dolum stansiyalarının quraşdırılması ictimai nəqliyyatda elektrikləşməni sürətləndirəcəkmi?Elektrik mühərrikli avtobuslar üçün dolum stansiyalarının quraşdırılması ictimai nəqliyyatın gələcəyinə necə təsir göstərəcək?Bakı şəhərində elektriklə çalışan nəqliyyat üçün infrastruktur kifayət edirmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, enerjidoldurma məntəqələrinin sayı artırılırsa, təbii ki, elektrik mühərrikli avtobusların sayı da artırılacaq.

Eldəniz Cəfər

“Artıq Bakı şəhərində 160-dan çox elektrikli avtobuslar ictimai nəqliyyatda istismar olunur. Bu avtobuslar Çinin məşhur BYD (Build Your Dreams- Xəyallarınızı qurun) avtobuslarıdır. Həm keyfiyyətinə, həm təhlükəsizliyinə görə Avropanın standartlarına cavab verir. Həmin avtobuslar bu ildən etibarən bizim ölkəmizdə də istehsal olunmağa başlayacaq. Təbii ki, belə olan halda əgər biz ictimai nəqliyyatı getdikcə elektrik mühərrikli avtobuslarla təmin ediriksə, deməli enerjidoldurma məntəqələrinin də sayı artırılmalıdır. Enerjidoldurma məntəqələrinin stansiyalarının sayı artırılırsa, təbii ki, elektrik mühərrikli avtobusların sayı da artırılacaq.

Qanuna görə Bakı şəhəri ərazisində ictimai nəqliyyatda yalnız ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri istismar olunmalıdır. Burada biz sıxılmış qazla işləyən avtobusları, həmçinin elektrik mühərrikli avtobusları göstərə bilərik. Enerjidoldurma məntəqələrinin stansiyalarının sayının artması o deməkdir ki, dövlət özünün artıq istehsal edəcəyi elektrikli elektrobusların enerjidoldurma təminatını, enerji təminatını bu şəkildə həyata keçirəcək. Bu enerjidoldurma məntəqələri digər minik avtomobillərinin enerjidoldurma məntəqələrindən fərqlidir. Bu stansiyalar hər yerdə quraşdırılmayacaq, xüsusi ayrılmış avtobusların qarajlarında quraşdırılacaq”-deyə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
bizimyol.info

1Mənbələr