AZ

BakuBus dan açıqlama: Marşrut xətlərində elektrik avtobuslarının sayının artırılmasına şərait yaradılacaq”

ain.az, Bizimyol saytına istinadən bildirir.

“BakuBus” MMC “Electrify Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.2 milyon manatlıq müqavilə bağlayıb. Müqavilədə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin elektrik enerjisi ilə işləyən avtobusları (BYD) üçün elektrik dolum stansiyalarının satın alınması və Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq ərazisində yerləşən avtobus parkına quraşdırılması nəzərdə tutulur.193.451 AZN-lik müqavilə çərçivəsində neçə ədəd elektrik dolum stansiyası alınacaq və bunlar hansı texniki göstəricilərə malikdir?Elektrik avtobuslarla xidmət edilən marşrutların sayı artırılacaqmı?

Yaranan suallara cavab tapmaq üçün “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info portalının sorğusuna cavab olaraq bildirilib: “BakuBus” MMC tərəfindən Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq ərazisində yerləşən avtobus parkında BYD markalı elektrik mühərrikli avtobusların batareyalarının enerji ilə doldurulması üçün 42 ədəd elektrik dolum stansiyasının quraşdırılması nəzərdə tutulur.

Yeni dolum stansiyalarının hər biri iki qoldan ibarət olmaqla ümumilikdə 240 kVt gücə malikdir. Hər qol 120 kVt elektrik enerjisi ötürmək imkanına sahibdir. Dolum başlıqlarının standartı GB/T tipinə uyğundur.

Quraşdırılacaq dolum infrastrukturu nəticəsində hər bir stansiya vasitəsilə 2,5 saat ərzində 2 ədəd elektrik mühərrikli avtobusun batareyasının enerji ilə təmin edilməsi mümkün olacaq.

Yeni dolum stansiyalarının istismara verilməsi “BakuBus” MMC-nin istismarında olan marşrut xətlərində elektrik avtobuslarının sayının artırılmasına və xidmətin daha səmərəli, dayanıqlı şəkildə təşkilinə şərait yaradacaq”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
bizimyol.info

1Mənbələr