AZ

“Hibrid avtomobillər üçün güzəşt müddətinin bitməsi, elektrik mühərrikli avtomobillər üçün bir yol açacaq”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub ki, Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq. Sənədə əsasən, 2026-cı il yanvarın 1-dən 1 il müddətinə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir.

Qeyd edək ki, indiyədək elektrik avtomobillərlə yanaşı hibrid və plug-in hibrid avtomobillər ƏDV-dən azad idi. Yeni qərarla isə 2026-cı ildən bu güzəşt yalnız elektrik mühərrikli avtomobillərə şamil olunacaq.

Hibrid avtomobillərə verilən ƏDV güzəştlərinin ləğv nəqliyyat sektorunda hansı tendensiyalara yol aça bilər?Bu dəyişiklik ictimai nəqliyyatın inkişafına təkan verə bilərmi?İnsanlar köhnə və daha ucuz benzinli avtomobillərə yönələ bilərmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında Azərbaycan Avtomobil Dilerlər İdarə Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, güzəştlərin müddətinin bitməsi bazarda əsasən elektrik mühərrikli avtomobillərin satış həcmini daha da artıracaq.

Eyyub Əliyev

“Bu güzəşt müddətinin bitməsidir, ləğv olunması deyil. Güzəştlərin müddətinin bitməsi əlbəttə ki, bazarda əsasən elektrik mühərrikli avtomobillərin satış həcmini daha da artıracaq. Ölkəmizdə hər iki avtomobilə- hibrid və elektriklərə güzəşt var idi, amma hibridlər daha çox satılırdı və daha çox maraq olurdu. Hibridlərin güzəşt müddətinin bitməsi, elektrik avtomobillər üçün bir yol açacaq və bu yol üçün də biz artıq istər “Azərişıq” tərəfindən, istər özəl sektor tərəfindən hazırıq. Bakıda, bölgələrdə, hətta işğal olunmuş ərazilərdə də şarj məntəqələri qurulur və bu infrastruktur layihələri elə də davam etdirilir.

Bundan başqa biz daxili yanma mühərrikli avtomobillərin də bazara açılacaq “0” kilometraj yeni daxili yanma mühərrikli avtomobillər üçün də yaxın zamanlarda satış dinamikasının inkişafını görəcəyik. Həmçinin ikinci əl buraxılış ili 5- 6 ilə qədər olan avtomillərin də biz satış dinamikasını müşahidə edəcəyik. Hibridlər isə bu templə demirəm imtina olunacaq. Hibridlərə də üstünlük verən şəxslər var. Hibrid avtomobillər alacaqlar. Amma bəlli məsələdir ki, artıq əvvəlki güzəştli qiymətlə yox, bir qədər baha qiymətə olacaq”-deyə Eyyub Əliyev qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
bizimyol.info

1Mənbələr