AZ

Mərc qalmaqalı: 152 hakim PFDK ya göndərildi

ain.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Futbol Federasiyası (TFF) 152 hakimin mərc oyunlarında iştirakına görə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərildiyini açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Hakimlər Futbol Federasiyasının intizam qaydalarının 57-ci maddəsinə əsasən PFDK-ya sövq olunublar.

Məlumata görə, PFDK-ya göndərilən hakimlərdən 7-si ali kateqoriyada yer alan referilərdir. Onların arasında Egemen Artun, Mehmet Ali Özer, Melih Kurt, Muhammed Selim Özbek, Seyfettin Alper Yılmaz, Yunus Dursun və Zorbay Küçük yer alıb.

Qeyd edək ki, TFF prezidenti İbrahim Hacıosmanoğlu daha əvvəl 371 hakimin mərc oyunları saytlarında öz adlarına hesablarının olduğunu, onlardan 152-nin isə aktiv şəkildə mərc oynadığını açıqlamışdı.

Karvaxal əməliyyat olunub

Messi: "Hədəfim DÇ-2026-da oynamaqdır"

La Liqa klubu "Fənərbaxça"ya 10 milyon təklif edəcək

Volkan Demirelin yeni ünvanı bəlli olub

Arne Slot "Kristal Palas"la görüşdə iştirak etməyəcək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
apasport.az

1Mənbələr