AZ

“Xərçəngin əsas səbəbi düzgün qidalanmamaq və zərərli həyat tərzidir” Həkim onkoloq

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Xərçəngin yaranmasında bir çox amillər rol oynayır, lakin ən böyük faiz payı təxminən 30-35% qidalanma amilinə aiddir. Yəni düzgün və sağlam qidalanmamaq, hazır, emal olunmuş məhsullara, şəkərə, trans yağlara üstünlük vermək, həmçinin fast-food kimi qidaları tez-tez qəbul etmək xərçəng riskini əhəmiyyətli dərəcədə artırır".

Hurriyyet.Az bildirir ki, bu fikirləri Redaktor.Az-a açıqlamasında həkim-onkoloq Afət Cabbarova xərçəng xəstəliyinin geniş yayılmasının səbəbləri barədə danışarkən bildirdi.

"Bundan başqa, həyat tərzi və stres, zərərli vərdişlər – siqaret çəkmə, alkoqol istifadəsi də xəstəliyin inkişafında mühüm rol oynayır. İnsanların fiziki aktivliyinin azalması, oturaq həyat tərzi, yuxu rejiminin pozulması kimi hallar da risk amilləri sırasındadır. Xüsusilə qadınlar arasında bəzi hormonal dəyişikliklər də bu riskləri artırır. Hamiləlikdən uzaq qalmaq, uzun müddət hamiləlikdən qoruyucu həblər qəbul etmək, hormonal pozğunluqların artması son illərdə xərçəng hallarının çoxalmasına təsir edən vacib səbəblərdən sayılır. Göründüyü kimi, bu amillərin əksəriyyəti insanın gündəlik həyat tərzi ilə bağlıdır", - deyə həkim əlavə etdi.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
4
hurriyyet.az

5Mənbələr