AZ

Azərbaycan 45 manata donuz ətindən hazırlanmış un idxal edib

ain.az, Hurriyyet portalına istinadən məlumat verir.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricdən donuz əti, budları, kürəkləri və sümükləri çıxarılmamış ətdən hazırlanan ərzaq unu idxal edib.

Ümumi idxal dəyəri 0,8 min ABŞ dolları təşkil edib.

Bu məhsul əsasən Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və İtaliyadan gətirilib. Birləşmiş Ərəb Əmirliklərindən 0,01 ton (10 kiloqram) həcmində məhsul idxal olunub və bunun dəyəri 0,03 min ABŞ dolları təşkil edib. Hər kiloqramın qiyməti 3 dollar və ya 5,1 manat olub.

Almaniyadan 0,02 ton (20 kiloqram) donuz əti əsasında ərzaq unu idxal edilib. Bu məhsulun ümumi dəyəri 0,54 min ABŞ dolları olub, kiloqramı 27 dollar və ya 45,9 manata başa gəlib.

İtaliyadan isə 0,01 ton (10 kiloqram) məhsul gətirilib. Ümumi dəyəri 0,11 min ABŞ dolları təşkil edən bu idxal üzrə hər kiloqramın qiyməti 11 dollar və ya 18,7 manat olub.

Beləliklə, qeyd olunan üç ölkə üzrə idxalın ümumi dəyəri təxminən 0,8 min ABŞ dolları, yəni təxminən 1,4 min manat təşkil edib. \\Valyuta.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
2
hurriyyet.az

3Mənbələr