ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Piyadaların ölümü ilə nəticələnən ağır yol qəzası olub. Avtosfer.az xəbər verir ki, Çuvaşiya Respublikasında baş verən hadisənin görüntüləri kameraya düşüb.
Belə ki, 30 yaşlı yerli sakin yüksək sürətlə idarə etdiyi “Ford Focus” markalı avtomobillə nizamlanmayan piyada keçidində keçən iki nəfəri vurub. Qəza nəticəsində 77 yaşlı qadın və 14 yaşlı qız aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.
Yerli polisin verdiyi məlumata görə, qəza törədən avtomobilin sürücüsü sükan arxasında sərxoş olub.
Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.