Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 29 oktyabr, AZƏRTAC
“Həsənrizə - doğma yurdumuza qayıtmaq böyük sevinc və xoşbəxtlikdir. Otuz iki ildir ki, bu günü gözləyirdik. Torpaqlarımızın azadlığı uğrunda əziyyəti olanlara təşəkkür edirəm, şəhidlərimizə rəhmət, qazilərimizə uzun ömür və sağlamlıq diləyirəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdərənin Həsənriz kəndinə köçən keçmiş məcburi köçkün Habil Əvəzov söyləyib.
O bildirib ki, 7 yaşında Həsənrizdən çıxmalı olublar: “O günlər hələ də xatirimdə duman kimi qalır. Təhlükələrlə üz-üzə qalaraq evimizdən ayrılmaq məcburiyyətində qalmışdıq. Lakin bu gün dövlətimizin dəstəyi ilə, rahat nəqliyyat vasitələri ilə doğma yurdumuza qayıtmaq imkanımız var və bu, bizim üçün böyük xoşbəxtlikdir”.
H. Əvəzov bütün köçkünlərə belə bir günün nəsib olmasını arzulayaraq, dövlət başçısına və Azərbaycan xalqına dərin minnətdarlığını bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.