AZ

Ağdam sakini: Doğma yurda qayıtmaq bizi böyük xoşbəxtlik verir

Bakı, 29 oktyabr, AZƏRTAC

“Uzun illərdən sonra artıq doğma torpaqlarımıza qayıdırıq. Bu gün qəlbimiz böyük bir sevinclə doludur. Çox şadıq, çox sevincliyik. Allah şəhidlərimizə rəhmət etsin, məkanlarını cənnət etsin. Allah Prezidentimizə möhkəm cansağlığı, qazilərimizə isə sağlam ömür versin”.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdamın Xıdırlı kəndinə köçən keçmiş məcburi köçkün Ayşən Əhmədova söyləyib.

A. Əhmədova bildirib ki, o günlər hələ də yadındadır: “Mənim cəmi 2 yaşım var idi, amma ailəmin üzündəki narahatlıq və qorxu, evimizdən məcburən ayrılmağın çətinliyi xatirələrimdə duman kimi qalıb. İndi isə doğma yurdumuza qayıtmaq bizi böyük xoşbəxtlik verir”.

 

Seçilən
64
5
azertag.az

6Mənbələr