Bu sözləri jurnalistlərə açıqlamasında keçmiş məcburi köçkün, Ağdərə rayonunun Həsənriz kəndinin sakini Habil Əvəzov deyib.
O, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmalarında zəhməti olan hər kəsə təşəkkür edib: "Prezidentimiz sağ olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən Xıdırlı kəndini 7 yaşımda tərk etmişdim. İndi doğma yurduma qayıdıram. Bu gün bizim üçün ən sevincli gündür.
Həmin vaxtlar öz yurd-yuvalarını məcburən tərk edənlərin hamısına geri qayıtmalarını arzulayıram".
Qeyd edək ki, bu gün Ağdərə rayonunun Həsənriz kəndinə isə 17 ailə - 83 nəfər köçürülüb.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.