AZ

Zelenski: “Moskvaya qarşı daha 2 3 il döyüşmək üçün...

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Ukraynanın Rusiyanın işğalına qarşı tab gətirməsi üçün daha ​​iki və ya üç il Avropadan maliyyə dəstəyinə ehtiyacı olacaq.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib. O qeyd edib: “Mən bu fikri bütün Avropa liderlərinə çatdırdım. Onlara dedim ki, biz onilliklər boyu mübarizə aparmayacağıq, ancaq siz də müəyyən müddət ərzində Ukraynaya sabit maliyyə dəstəyi verə biləcəyinizi sübut etməlisiniz. Buna görə də onlar bu proqramı nəzərdə tuturlar”

Bununla yanaşı V.Zelenski bəyan edib ki, Kiyev sülh danışıqlarına hazırdır:

“Hesab edirik ki, bu danışıqlar müharibəyə son qoyacaq, amma sülh danışıqları Rusiya və Belarusdan başqa bütün ölkələrdə keçirilsə, biz hazırıq. Lakin ərazilər qaytarılmayınca qüvvələrimiz döyüş meydanında geri çəkilməyəcək”.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
bakivaxti.az

2Mənbələr