AZ

Sərnişin təyyarəsində VAHİMƏLİ ANLAR

Hindistan vətəndaşı olan sərnişin beynəlxalq reys zamanı iki yeniyetməni çəngəllə yaralayıb, bir qadın sərnişinə və ekipaj üzvünə sillə vurub, daha sonra isə özünə atəş açırmış kimi davranıb.

Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Şənbə günü Çikaqodan Almaniyaya uçan təyyarə Boston istiqamətinə yönləndirilib və orada 28 yaşlı kişi saxlanılıb. Ona təhlükəli silahla hücum etmək ittihamı irəli sürülüb.

ABŞ Prokurorluğunun məlumatına görə, 17 yaşlı sərnişin yuxudan oyandıqda başı üzərində bir kişinin dayandığını görüb. Həmin kişi çəngəllə onun çiyninə zərbə endirib, daha sonra isə başqa bir 17 yaşlı gəncin başına bıçaqla zərbə vuraraq ona kəsilmiş xəsarət yetirib. Hakimiyyət orqanları bildiriblər ki, həmin şəxs ABŞ-a tələbə vizası ilə daxil olub, lakin qanuni immiqrasiya statusuna malik deyil.

Seçilən
34
publika.az

1Mənbələr