AZ

Avropa Ukraynada sülh istəmir Siyarto

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Avropa Birliyi liderləri Ukraynadakı münaqişənin həlli üçün Budapeştdə Vladimir Putin və Donald Tramp arasında yeni görüşün keçirilməsində maraqlı deyillər.

Axar.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bu barədə Belarusun "Perviy İnformasiya" televiziya kanalına verdiyi müsahibədə bildirib.

O, Macarıstanın Ukrayna münaqişəsinə son qoymaq və qlobal təhlükəsizliyi gücləndirmək məqsədi daşıyan Rusiya-Amerika sülh sammitinə ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.

"Lakin Avropa liderləri maraqlı deyil. Birincisi, danışıqlar Budapeştdə keçiriləcəyi üçün və siyasi baxımdan bu, onlar üçün çox xoşagəlməz olardı. Amma daha da əhəmiyyətlisi, onlar buna qarşı çıxırlar, çünki sülh sammiti sülhə ümid verir. Avropa liderləri də danışıqlar masasında olmadıqlarına görə məyusdurlar", - deyə xarici işlər naziri izah edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
axar.az

2Mənbələr