AZ

Həmkəndlisini öldürən tələbə kassasiya şikayəti verdi

İmişlidə həmkəndlisini öldürməkdə təqsirləndirilən Fərid Allahverdiyevin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.


Qeyd: Hadisə 17 yanvar 2025-ci il tarixdə, saat 22 radələrində İmişli rayonunun Sarıxanlı kəndində qeydə alınıb.


Belə ki, Fərid Allahverdiyev həmkəndlisi Vüsal Allahverdiyevi atasını təhqir etdiyini əsas gətirərək kafedə bıçaqlayıb. Vüsal Allahverdiyev xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.


Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Allahverdiyev 12 il müddətinə azadlıqdan məhrum edilib.


Xatırlatma: Fərid Allahverdiyev Lənkəran Dövlət Universitetinin tələbəsi olub.
 

Kamal Məmmədov 

Tarix: 29 Oktyabr 2025, 08:39   
Seçilən
26
pravda.az

1Mənbələr