İtaliya A Seriyasında IX tur start götürüb.
Offsideplus.az xəbər verir ki, lider "Napoli" səfərdə "Çelsi" ilə qarşılaşıb.
Görüşdə yeganə Neapol təmsilçisinin futbolçusu Frank Zambo Anqissa vurub.
Antonio Kontenin komandası liderliyini davam etdirir. Onların aktivində 21 xal var.
Gecənin digər oyununda "Milan" səfərdə "Atalanta" ilə qarşılaşıb. "Rossoneri" hesabı erkən açsa da, daha sonra Ademola Lukman "status-kvo"nu bərpa edib.
Matçda başqa qol olmayıb - 1:1.
"Milan" 18 xalla 3-cü, "Atalanta" isə 13 xalla 7-ci yerdədir.