Milli Məclisin deputatı Pərvanə Vəliyeva oktyabrın 30-da Malayziyanın Kuala Lumpur şəhərinə səfər edəcək.
Modern.az xəbər verir ki, deputat Malayziya Parlamenti, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası Parlamentlərarası Assambleyasının (AİPA) və Şərqi Asiya üzrə İqtisadi Araşdırmalar İnstitutunun birgə təşkil etdiyi ikinci üçtərəfli forumda iştirak edəcək.
Forum çərçivəsində “Qeyri-sabit dünyada enerji təhlükəsizliyi: Geosiyasi gərginliklər dövründə asılılığın azaldırlması”,“İqlim kəsişməsi: Sıfır emissiya istiqamətində addımların sürətləndirilməsi” və digər mövzularda müzakirələr aparılacaq.
Səfər noyabrın 5-də başa çatacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta