BAKI, 29 oktyabr. TELEQRAF
Gəncədə 32 yaşlı şəxs bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhər sakini 1993-cü il təvəllüdlü Dadaş Nəbiyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yaralıya dərhal tibbi yardım göstərilib. İlkin məlumata görə, Dadaş Nəbiyev mübahisə zəminində bıçaqlanıb. Faktla bağlı araşdırma başlanılıb.