AZ

Binəqədidə ucuz mənzillər satışa çıxarıldı – AYLIQ 207 MANATDAN - ŞƏRTLƏR

Xəbər verildiyi kimi, Mənzil İnşaatı Dövlət Agentliyi ölkə üzrə yeni güzəştli mənzillərin satışını elan edib.

FED.az xəbən verir ki, bu dəfə yeni mənzillər Hövsan, Sumqayıt, Binəqədi, eləcə də ilk dəfə olaraq ölkənin bölgələri Şirvan, Lənkəran və Yevlax yaşayış komplekslərində satışa çıxarılıb.

Satışa çıxarılan 627 mənzildən 204 mənzil Binəqədi rayonundakı Yaşayış Kompleksində yerləşir. Binəqədidəki mənzillər Binəqədi qəsəbəsi, 10 may küçəsi, 590 saylı sahə ünvanında yerləşən yaşayış kompleksindədir.

Mənzillərin satışı 3 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcək.

MİDA elan edib ki, gözləmə qaydasında mənzillərin seçimi 9 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcək. Sözügedən mənzillər “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada satılacaq.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

Xatırladaq ki, satışa çıxarılan bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Onların hamısına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.

Binəqədi Yaşayış Kompleksində satışa çıxarılan mənzillərdən 36-sı 2 otaqlı, 78-i 3 otaqlı, 78-i 4 otaqlı, 32 mənzil isə studiodur.

Bina №

Binanın yerləşdiyi tikinti sahəsi (m²)

Binada mərtəbə sayı

Binaya giriş sayı

Mənzillərin otaqlarının sayı

Mənzillərin sayı

Mənzillərin daxili perimetr üzrə sahəsi (m²)

Mənzillərin xarici perimetr üzrə sahəsi (m²)

Baş podratçı / ünvanı

Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi

3

710.44

9

2

2

18

57.7

69.1

“Hovers Group” MMC, AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küç., ev 73.

23.11.2025

3

18

72.9

85.2

4

18

99

119.5

4

729.97

9

2

2

18

57.7

69.1

3

18

72.9

85.2

4

18

99

119.5

6

866.82

9

2

Studio

16

40.1

50.8

“Yar İnşaat Təmir-Tikinti” MMC (“Merkuri İnşaat” MMC konsorsium), AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küç., ev 90, mənzil 29.

23.11.2025

3

16

72.9

88.5

4

16

114.6

136.8

7

861.58

9

2

Studio

16

40.1

50.8

3

16

72.9

88.5

4

16

114.6

136.8

Mənzillərin qiymətləri

Studio tipli mənzillər – 48 120 manat,

2 otaqlı mənzillərin qiyməti – 69 240 manat,

3 otaqlı mənzillərin qiyməti – 87 480 manat,

4 otaqlı mənzillərin qiyməti – 118 800 manatdan başlayır.

Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti ilə aldıqda:

İllik faiz dərəcəsi

Müddət

Aylıq ödəniş*

Studio tipli

2 otaqlı

3 otaqlı

4 otaqlı

4%

3-30 il

207 manat

298 manat

376 manat

477 manat

* Aylıq ödəniş – mənzil minimal ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

Seçilən
31
2
fed.az

3Mənbələr