AZ

Bakıda marşrut avtobusu yanıb kül oldu Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün səhər saat 05 radələrində Xəzər rayonu, Binə qəsəbəsində marşrut avtobusu yanıb.

“Qafqazinfo” xəbər verir ki, “Çinar Trans” MMC-yə məxsus olan və 160 nömrəli marşrut üzrə hərəkət edən BMC markalı avtobus tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə zamanı avtobusda sərnişinin olmadığı bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
qafqazinfo.az

1Mənbələr