Konqresmen Rəşida Tlaib ABŞ prezidenti Donald Trampın Nikolas Maduro hökumətini devirmək üçün müharibə planlaşdırdığını bildirib.
Publika.az xəbər verir ki, o vurğulayıb ki, heç kimin rejimin dəyişməsi naminə hərbi əməliyyatlara başlamaq səlahiyyəti olmamalıdır.
Tlaib əlavə edib ki, prezidentin Karib hövzəsində "yalnız insanları öldürmək" hüququ olmamalıdır. Tramp daha əvvəl bəyan etmişdi ki, ABŞ “ölkəyə narkotik gətirənləri məhv edəcək”.
Ağ Evin mətbuat katibi Kerolin Levitin sözlərinə görə, Vaşinqton hərbi əməliyyatlar da daxil olmaqla narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün bütün mövcud resursları səfərbər etməyə hazırdır. Amerika gəmiləri və sualtı qayıqlarını Venesuela sahillərinə göndərdikdən sonra Karakas bu hərəkətləri təxribat və beynəlxalq müqavilələrin pozulması adlandırıb.
ABŞ artıq narkotik daşıdığını iddia edərək Venesuela sahillərində qayıqlara qarşı güc tətbiq edib. Hücum 27 nəfərin ölümü ilə nəticələnib. Konqres hərbi əməliyyatları gücləndirməzdən əvvəl Trampdan izahat və sübut tələb edib.