
ABŞ lideri Donald Tramp üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürmək ehtimalından danışarkən, jurnalistlərə deyib ki, ona bunu etmək qadağandır.
Reyting.az xəbər verir ki, bu barədə “Reuters” məlumat paylaşıb.
Tramp daha sonra əlavə edib:
“Oxuduqlarıma əsasən, namizədliyimi irəli sürməyə icazə verilmir”.
Xatırladaq ki, daha əvvəl Tramp yeni prezidentlik müddəti barədə düşündüyünü iddia etmişdi. O, 2028-ci il seçkilərində ABŞ-nın vitse-prezidenti postuna namizəd olmayacağını da qeyd edib.
ELÇİN