AZ

Tramp Çinə tətbiq edilən tarifləri azaltmağı planlaşdırır

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə planlaşdırılan görüşündən sonra fentanil qaçaqmalçılığı ilə bağlı əməkdaşlıq qarşılığında Çin idxalına tətbiq edilən əlavə tarifləri azaltmaq niyyətində olduğunu bildirib.

Banco.az xəbər verir ki, ABŞ və Çin liderlərinin görüşü oktyabrın 30-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Cənubi Koreyanın Pusan şəhərində keçiriləcək sammiti çərçivəsində baş tutacaq.

Amerika lideri qeyd edib ki, o, danışıqlar barədə nikbindir və Si Cinpinlə  görüşü səbirsizliklə gözləyir:

“Mən baş verənlərdən xəbərdaram. Biz onlarla danışıqlar aparırıq. Bizim Çinlə çox yaxşı münasibətlərimiz var. Düşünürəm ki, biz bu görüşdən ölkəmiz və bütün dünya üçün çox yaxşı nəticə əldə edəcəyik".

Tramp daha əvvəl bildirmişdi ki, görüşdə ikitərəfli ticarət şərtləri ilə bağlı ədalətli razılığa nail olmağa ümid edir. O, həmçinin Rusiya ilə əməkdaşlıq, Ukrayna münaqişəsinin həlliÇinin nüvə silahlarının azaldılması prosesinə cəlb olunması kimi məsələləri də müzakirə etməyi planlaşdırır.

Seçilən
15
banco.az

1Mənbələr