AZ

İstanbulda altımərtəbəli bina çöküb

BAKI, 29 oktyabr. TELEQRAF

İstanbulda altımərtəbəli yaşayış binası çöküb.

Teleqraf xəbər verir ki, bu barədə "A Haber" telekanalı məlumat yayıb.

Bildirilir ki, dağıntılar altında bir ailənin – 5 nəfərin qaldığı ehtimal olunur.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisənin səbəbləri araşdırılır.

Seçilən
53
1
teleqraf.com

2Mənbələr