AZ

Premyer Liqa klubunun futbolçusunun sürücülük vəsiqəsi əlindən alındı

BAKI, 29 oktyabr. TELEQRAF

İngiltərənin “Bornmut” klubunun hücumçusu Kastin Klyuvert üç ay ərzində iki dəfə sürət həddini aşdığı üçün avtomobil idarə etmək hüququndan məhrum edilib.

Teleqraf “The Sun” nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu İngiltərədə daha əvvəl də ümumilikdə doqquz dəfə cərimə olunub.

Bu səbəbdən Klyuvert altı ay müddətinə avtomobil idarə edə bilməyəcək. O, həmçinin cəriməni və məhkəmə xərclərini ödəməlidir.

Qeyd edək ki, cari mövsümdə futbolçu “Bornmut”un heyətində bütün turnirlərdə 9 oyun keçirib və 1 qol vurub.

Seçilən
34
teleqraf.com

1Mənbələr