Özbəkistan prezidenti Şavkat Mirziyoyev gələn həftə ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək.
AzPost Reuters-ə istinadn xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Kristofer Landau Daşkəndə səfərindən sonra bildirib.
Landau Trampın Cənubi və Orta Asiya məsələləri üzrə xüsusi nümayəndəsi Serxio Qor ilə birlikdə bir gün əvvəl Özbəkistan rəsmiləri, o cümlədən Prezident Mirziyoyev, onun aparat rəhbəri və xarici işlər naziri ilə danışıqlar aparıb.
Bundan əvvəl bildirilirdi ki, C5+1 sammiti noyabrın 6-da ABŞ-da keçiriləcək. Zirvə görüşü 5 Orta Asiya dövlətinin – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın liderlərini bir araya gətirəcək. Prezident Donald Tramp da tədbirdə iştirak edəcək.