İsmayıllıda kitabxananın filial müdiri Kübrə Qurbanova vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi məlumat yayıb:
“Dərin hüznlə bildiririk ki, bu gün uzun illər İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Talıstan kənd kitabxana filialının müdiri işləyən Qurbanova Kübrə Baba qızı vəfat etmişdir. Kübra xanım kitabxana sahəsində işlədiyi dövr ərzində səmərəli fəaliyyət göstərmiş, öz biliyi, məsuliyyəti və insanpərvərliyi ilə həmkarlarının, oxucuların və kənd sakinlərinin dərin hörmətini qazanmışdır. Onun mehriban xasiyyəti, işinə olan sevgi və sadiqliyi hər kəsin yaddaşında daim qalacaqdır.
İsmayıllı rayon Mərkəzi Kitabxana Sisteminin kollektivi adından Kübra xanımın vəfatından kədərləndiyimizi ifadə edərək onun ailə üzvlərinə və əzizlərinə başsağlığı verərək, səbir diləyirik”.