ain.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
“Fənərbaxça” mövsümün fasiləsində heyətini gücləndirmək istəyir.
Metbuat.az xəbər verir ki, “Fənərbaxça” “Atletiko Madrid”in ulduzu Aleksandr Sörlotu transfer etmək istəyir. İspaniya mediasında dərc edilən xəbərlərə görə, Yusif En-Nesiri stabil çıxış etmədiyinə görə, “Fənərbaxça” bacarıqlı mərkəz hücumçusu transfer etmək istəyir. Bildirilir ki, “Atletiko Madrid”in hücum mövqeyində rəqabət olduğu üçün Aleksandr Sörlot əsas heyətə düşməkdə çətinlik çəkir.
Qeyd edək ki, bundan əvvəl “Fənərbaxça”nın “Real Madrid”in hücumçusu Endriki transfer etmək istədiyi barədə xəbərlər dərc edilmişdi. İddialara görə, futbolçu daha nüfuzlu klubda oynamaq istədiyi üçün “Fənərbaxça”nın təklifini nəzərdən keçirmir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.