AZ

Adada unudulan 80 yaşlı qadın ölü tapıldı Bir gün sonra...

ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Avstraliyanın Böyük Sədd Rifindək Lizard adasına gəmiylə tur səyahətində maraqlı hadisə yaşanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, adada gəzintidən sonra turistlər geri qaytarıldıqdan sonra 80 yaşlı qadının gəmidə olmadığı aydınlaşıb.

Məlumata görə,  bir neçə saat sonra gəmi adaya geti dönüb: "Uzun axtarışdan sonra qadın adanın ən yüksək nöqtəsində ölü tapılıb. Aydın olub ki, o, gəzinti zamanı digər turistlərlə birgə adanın ən yüksək nöqtəsi olan Kukz Lyuk dağına qalxıb, lakin yorulduğu üçün orada bir yerdə oturub. Qrup isə onu fərq etmədn aşağı ensə də, o, "yaddan çıxıb". Genişmiqyaslı axtarışdan sonra onun cəsədi bir gün sonra - dünən səhər həmin yerdə aşkarlanıb. Meyit ekspertizaya verilib".

Məlumatda deyilir ki, gəzintidə 120 turist və onlara xidmət göstərən 46 personal olub: "Biletlər isə 10 min dollardan başlayıb. Maralıdır ki, onlardan heç biri yaşlı qadının gəmiyə geri dönmədiyini fərq etməyib"

Tahir Şəlvəli

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
mia.az

1Mənbələr