AZ

Ölkə ərazisində sel və daşqın olacaq: FHN-dən əhaliyə XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu axşamdan sabahadək güclü külək, leysan yağış, sel və şimşək gözlənilir.

E-saglam.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi əhaliyə təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edir:

- Güclü külək zamanı yüngül tikililərdən, elektrik dirəklərindən və ağaclardan uzaq durun.

- Yanğın təhlükəsizliyinə ciddi əməl edin.

- Kiçikhəcmli gəmilərlə dənizə çıxmayın.

- Sel və daşqın riski olan ərazilərdən uzaq durun, təhlükə zamanı yüksəkliyə qalxın.

- İldırım zamanı elektrik cihazlarını şəbəkədən ayırın, açıq havada və ağac altında dayanmayın.

Unutmayın: Qaydalara əməl etməmək həyat üçün təhlükəlidir.

Təhlükə zamanı 112-yə zəng edin.

E-saglam.az

Seçilən
26
e-saglam.az

1Mənbələr