MEK-in İctimaiyyətlə əlaqələr şöbəsindən Azia.az-a verilən məlumata görə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Türkiyənin Qaziantep şəhərində “Uşaq, Ailə və Uşaq ədəbiyyatı /Uşaq ədəbiyyatında Ailə” mövzusunda keçirilən XII Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı simpoziumunda online şəkildə iştirak ediblər.
Simpoziumda moderatorluq edən MEK-in Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva “XX yüzyıl Azerbaycan edebiyatında çocuk şiirləri” adlı məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan uşaq ədəbiyyatının inkişaf yolu, mövzuları, süjetləri, qəhrəmanları, dili və üslubu təhlil olunub.
İnnovativ layihələr və metodiki təminat şöbəsinin əməkdaşı fil.ü.f.d. Şəfəq Əliyeva
“Azerbaycan Milli Bilimler Akademisi Merkez Bilimsel Kütüphanesinin Okuma Kültürünün Oluşumundaki Rolü” adlı məruzə ilə çıxış edib. Ş.Əliyeva MEK tərəfindən həyata keçirilən tədbirlərdən - uşaqları daha çox oxumağa, mütaliəyə, öyrənməyə çağıran aksiya, sərgi və videoçarxlardan bəhs edib.