ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ölkəsinin atom nüvə sualtı qayıqları sahəsində əhəmiyyətli üstünlüyü var və bu üstünlük digər dövlətlərdən təxminən 25 il öndədir. Olaylar.az xəbər verir ki, Tramp bu fikirləri Cənubi Koreyanın Kyondju şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı  sammitində çıxışı zamanı səsləndirib.
 "Atom sualtı qayıqları sahəsində böyük üstünlüyə sahibik. O qədər irəli getmişik ki, bütün rəqiblərimizi 25 il qabaqlayırıq", - deyə o bildirib. Prezident həmçinin vurğulayıb ki, ABŞ silahların keyfiyyəti baxımından da dünyada birinci yerdədir.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 
055 634 88 31