AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 316 Bakı şəhəri, 22 oktyabr 2025-ci il

“Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 fevral tarixli 317 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 fevral tarixli 317 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 382 (Cild I) ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1-ci və 3.2-ci bəndlərdə “20” rəqəmləri “10” rəqəmləri ilə əvəz edilsin;

1.2. 4.2-ci bənddə “7” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;

1.3. 5.3-cü bənddə “7” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin;

1.4. 6.2-ci bənddə “2” rəqəmi “1” rəqəmi ilə əvəz edilsin. 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 662 (Cild I); 2025, № 2, maddə 196) ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.1-1-ci bəndinə “qaimə-fakturaya” sözlərindən sonra “, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi tərəfindən təqdim edilən “e-bildiriş” və “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinə” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230 (Cild I); 2024, № 1, maddə 116, № 2, maddə 208, № 5 (II kitab), maddə 612; 2025, № 4 (II kitab), maddə 406, № 5, maddə 520) ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.3-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”;

3.2. 2.3-cü bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“Təqdim olunmuş ərizələrə (sifarişlərə) qeydiyyata alındığı tarixdən etibarən 15 gündən gec olmayaraq baxılır, çatışmazlıqlar (bu Qaydaların 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) və ya imtina üçün əsas olmadıqda, icazənin verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə şifahi və ya yazılı formada sifarişçiyə məlumat verilir. Sifarişçi tərəfindən məlumat alındığı tarixdən 5 (beş) iş günü müddətində dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq dövlət orqanına təqdim edilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra icazə 2 (iki) iş günündən gec olmayaraq sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydaların 2.3-cü bəndinin birinci abzasının ikinci cümləsində nəzərdə tutulmuş müddətdə müvafiq dövlət orqanına təqdim edilmədikdə, müvafiq dövlət orqanı tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində göstərilmiş tədbirlər görülür.”;

3.3. 6.3.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.3.7-ci yarımbənd əlavə edilsin:

“6.3.7. dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydaların ­2.3-cü bəndində nəzərdə tutulan müddətdə müvafiq dövlət orqanına təqdim edilmədikdə.”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 oktyabr tarixli 318 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1235 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bəndin ikinci və üçüncü cümlələri üçüncü və dördüncü cümlələri hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”;

4.2. 2.3-cü bənd üzrə:

4.2.1. birinci cümlədə “icazə verilir” sözləri “icazənin verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə şifahi və ya yazılı formada ərizəçiyə məlumat verilir” sözləri ilə əvəz edilsin;

4.2.2. ikinci və üçüncü cümlələr beşinci və altıncı cümlələr hesab edilsin və aşağıdakı məzmunda ikinci – dördüncü cümlələr əlavə edilsin:

“Ərizəçi tərəfindən məlumat alındığı tarixdən 5 (beş) iş günü müddətində dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd Komitəyə təqdim edilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra icazə 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydaların 2.3-cü bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddətdə Komitəyə təqdim edilmədikdə, Komitə tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində göstərilmiş tədbirlər görülür.”;

4.3. 3.4.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.4.6-cı yarımbənd əlavə edilsin:

“3.4.6. dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydaların ­2.3-cü bəndində nəzərdə tutulan müddətdə Komitəyə təqdim edilmədikdə.”.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 257 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 888 (Cild I); 2024, № 9, maddə 1090) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İnkubatorun qeydiyyat şəhadətnaməsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”;

5.2. 2.11-ci bəndin birinci cümləsindən “və inkubatorun qeydiyyat şəhadətnaməsini ərizəçiyə təqdim edir” sözləri çıxarılsın;

5.3. aşağıdakı məzmunda 2.11-1-ci və 2.11-2-ci bəndlər əlavə edilsin:

“2.11-1. İdarəedici təşkilat inkubatorun qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 (iki) iş günü müddətində ərizəçiyə şifahi və ya yazılı formada məlumat verir. Ərizəçi tərəfindən məlumat alındığı tarixdən 5 (beş) iş günü müddətində inkubatorun qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd idarəedici təşkilata təqdim edilir.

2.11-2. Ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra inkubatorun qeydiyyat şəhadətnaməsi 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydanın 2.11-1-ci bəndində nəzərdə tutulan müddətdə təqdim edilmədikdə, idarəedici təşkilat tərəfindən inkubatorun qeydiyyat şəhadətnaməsi ləğv edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə göndərilir.”.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 311 (Cild I); 2024, № 3, maddə 302, № 7, maddə 930) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 6.2.3-cü və 6.5.3-cü yarımbəndlər ləğv edilsin;

6.2. 6.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.7. Xidmət sifarişçinin təqdim etdiyi müraciətə 3 (üç) iş günü müddətində baxır, bu Qaydaların 6.2-ci və 6.5-ci bəndlərinin tələbləri pozulduqda həmin müddət ərzində sifarişdən imtina edilməsi barədə qərar qəbul edir və bu barədə 2 (iki) iş günü müddətində Sistem vasitəsilə sifarişçiyə məlumat verir.”;

6.3. 6.7-1–6.7-3-cü bəndlər 6.7-2–­6.7-4-cü bəndlər hesab edilsin və aşağıdakı məzmunda 6.7-1-ci bənd əlavə edilsin:

“6.7-1. Sifarişçi tərəfindən bu Qaydaların 6.2-ci və 6.5-ci bəndlərinin tələbləri təmin olunduqda, Xidmət sifarişçi tərəfindən müvafiq olaraq markaların sayına və ya müsadirə olunmuş mallara tətbiq edilən aksiz markalarının sayına uyğun olaraq dövlət rüsumunun ödənilməsi üçün müraciətə baxılma müddətində “e-bildiriş” tərtib edir və Sistem vasitəsilə dövlət rüsumu ilə yanaşı, həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-3-cü maddəsinə əsasən xidmət haqqını ödəmək barədə sifarişçiyə məlumat verir.”;

6.4. 6.7-2-ci bəndə “Sistem vasitəsilə” sözlərindən sonra “bu Qaydaların 6.7-1-ci bəndində qeyd edilən məlumatla yanaşı,” sözləri əlavə edilsin;

6.5. 6.7-3-cü bənddə “aksiz bu Qaydaların 6.7-1-ci bəndinə” sözləri “bu Qaydaların 6.7-1-ci və 6.7-2-ci bəndlərinə” sözləri ilə əvəz edilsin və həmin bəndə “ödənilir” sözündən əvvəl “dövlət rüsumu və xidmət haqqı, bu Qaydaların 6.7-2-ci bəndinə münasibətdə həm də aksiz” sözləri əlavə edilsin;

6.6. 6.7-4-cü bənddə “2.1.5-2.1.9-cu yarımbəndlərində qeyd edilən mallara tətbiq olunan məcburi nişanlanmanın alınması üçün aksizin” sözləri “6.7-3-cü bəndində nəzərdə tutulan ödənişlərin” sözləri ilə əvəz edilsin;

6.7. aşağıdakı məzmunda 6.7-5-ci bənd əlavə edilsin:

“6.7-5. Bu Qaydaların 6.7-1–6.7-4-cü bəndlərinin tələbləri pozulduqda Xidmət markaların verilməsindən imtina edilməsi barədə qərar qəbul edir və bu barədə 2 (iki) iş günü müddətində Sistem vasitəsilə sifarişçiyə məlumat verir.”;

6.8. 6.8-ci bəndin birinci cümləsi çıxarılsın və həmin bəndin ikinci cümləsində “bəndinə” sözü “və 6.7-5-ci bəndlərinə” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 314 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (II kitab), maddə 733 (Cild I) ilə təsdiq edilmiş “Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nın 3.1-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (II kitab), maddə 734 (Cild I) ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”ın 154.11-ci bəndində “istismarına” sözü “istismara buraxılmasına” sözləri ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

 

Seçilən
23
1
xalqqazeti.az

2Mənbələr