AZ

"İsrail HƏMAS atəşi açarsa, Qəzzaya zərbə endirmək hüququna malikdir" - Tramp

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İsrailin Müdafiə Ordusunun hərbçilərinə atəş açılacağı təqdirdə, İsrailin Qəzza zolağında hərbi əməliyyatları bərpa etmək hüququ var.

Redaktor.az xəbər verir ki, bu barədə o, Yaponiyadan Cənubi Koreyaya səfəri zamanı təyyarədə jurnalistlərlə söhbətində bildirib.

“Onların bunu etməyə haqqı var”, – deyə Tramp vurğulayıb.

ABŞ liderinin sözlərinə görə, hazırda Fələstin anklavında atəşkəs rejiminə ciddi təhlükə yoxdur. O, HƏMAS-ı “Yaxın Şərqdə çox kiçik bir qüvvə” adlandıraraq, əgər bu hərəkat atəşkəsi pozarsa, bölgədəki bir çox ölkənin onun məhv edilməsi üçün tədbirlər görəcəyini qeyd edib.

Nuriyyə NATİQQIZI

Seçilən
21
2
redaktor.az

3Mənbələr