Hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiya ərazisi üzərində Ukraynanın 100 sabit qanadlı pilotsuz təyyarəsini vurub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir: “Ötən gecə hava hücumundan müdafiə sistemləri Ukraynanın 100 sabit qanadlı pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib: 46-sı Bryansk, 12-si Kalujsk, 8-i Belqorod, 7-si Krasnodar, 6-sı Moskva vilayəti, o cümlədən 4-ü Moskvada, 4-ü Oryolskdə, 6-sı Ulyanovsk, hər birində 4-ü olmaqla Orlov, Krım və Mari Eldə, ikisi Stavropol, hərəsində biri olmaqla Kursk, Smolensk və Tula vilayətləri üzərində”.
Xatırladaq ki, Ukrayna qoşunları mütəmadi olaraq müxtəlif vasitələrdən, o cümlədən pilotsuz təyyarələrdən istifadə etməklə Rusiyanın sərhəd rayonlarını, xüsusən Belqorod, Bryansk, Kursk və Voronej vilayətlərini atəşə tutur və hücuma keçir.